Beynəlxalq Quran Xəbər Agentiliyi(İQNA)-nın İslam.az-a istinadla verdiyi xəbərə görə, “Təhlükəsizlik müəssisələrində rüşvətxorluq və vəzifədən sui-istifadə halları olmasaydı, İŞİD ölkə ərazilərini nəzarətə keçirə bilməzdi. Belə olmasaydı, müctəhidlər xalqı silah götürüb orduya qoşulmağa da çağırmazdı. Bu gün həqiqi islahat aparılmasa, fəsad və rüşvətxorluğun səbəkarları kənarlaşdırılmasa vətəni sevənləri narahat edən bölünmə təhlükəsi baş verə bilər.”
Bunu İraq və islam dünyasının nüfuzlu müctəhidi ayətullah Seyid Əli Sistaninin ofisi öz bəyanatında deyib. Ayətullah Sistaninin ofisindən səsləndirilən bəyanatda ölkə rəhbərliyindən siyasi və təhlükəsizlik müəssisələrində lazımi islahatların aparılmasını tələb edilib.
Qeyd edək ki, İraq baş naziri Heydər əl-Abadi son həftələrdə ölkədə siyasi islahatlar apararaq, bəzi nazirlikləri, vitse-prezident vəzifələrini və digər təhlükəsizliklə bağlı vəzifələrinin sayını azaldıb və ləğv edib.