İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ayətullah Üzma Nasir Məkarim Şirazinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Ayətullah Məkarim Şirazinin Dr. Əhməd ət-Tayyibə yazdığı məktuba əl-Əzhər Şeyxi tərəfindən təşəkkür mahiyyətində çox hetiram və hörmətlə cavab məktubu yazılıb.
"əl-Əzhər" Şeyxinin yazdığı məktubda bu cümlələrə yer verilib:
"Məzhəblər arasındakı fikir ayrılığı yalnız ideoloji ölçüdə qalmayaraq döyüş, ölüm və qan tökmələrə bir növ vəsilə mərhələsinə daşınıb. Ancaq bu döyüşlərin nə Əhli-Sünnəyə nə də Şiəyə heç bir faydası yoxdur.
Bu döyüşlərdən faydalanan yeganə cəbhə müsəlmanları pusquda gözləyən İslam düşmənləridir. Siyasi kimliyə sahib olanlar digər ölkələrin daxili məsələsinə qarışmaq, müqəddəs məkanlara və hörmətli kəslərə həqarət etmək və döyüşləri qızışdırmaq üçün məzhəblər arasındakı fikri fərqliliklərdən su istifadə edir.
Mən Şiə və Əhli-Sünnənin seçmə alimlərinin qatılacağı konfrans və seminarların təşkil edilməsinin zəruri olduğu mövzusunda dəfələrlə açıqlamalar vermişəm. Ancaq bu müştərək iclaslar vəsiləsiylə hamımız üçün təhlükəli olan təhdidləri anlaya bilər və bu xaosdan zəfərlə çıxa bilərik.
Bu iclaslarda həm Şiənin Əhli-Sünnə əliylə, həm də Əhli-Sünnənin Şiə əliylə öldürülməsinin haram olduğu istiqamətində fətvalar verilməlidir."