IQNA

Cümə imamı:

"ABŞ şahlıq dövründəki kimi İranı qarət etmək istəyir"

11:37 - September 05, 2015
Xəbər sayı: 3358092
Tehran(İQNA) - Tehranın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi, “Mənim fikrimcə, rəhbərimizin bu barədə olan çıxışına bir neçə dəfə qulaq asmalıyıq ki, tam dərinliyini anlaya bilək.” deyib.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)’nın İslamazeri.az-a istinadla verdiyi xəbərə görə, Tehranın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi olub. O, İranın nüvə müzakirələrinə toxunaraq belə deyib: “Mənim fikrimcə, rəhbərimizin bu barədə olan çıxışına bir neçə dəfə qulaq asmalıyıq ki, tam dərinliyini anlaya bilək. Bu məsələ hazırda öz qanuni prosedurunu keçirir. Beləliklə gərək İslami Şura Məclisində və Milli Təhlükəsizlik Şurasında da təsdiqlənsin. Rəhbərimiz də məclisi bu məsələdən kənarda saxlamağın əleyhinə olduğunu bildirdi. Ölkəmizin qəbul etdikləri qanunlar da bunu təsdiqləyir. Məclisi bu məsələyə daxil etmək xalqı nəzərə almaq deməkdir. Biz bildirmişik ki, sanksiyalar mütləq qaldırılmalıdır.
 

Məsullarımız ABŞ rəsmilərinin bu barədə olan sözlərinə qarşı mövqe sərgiləməlidirlər. Onlar sanksiyaların ləğv edilməyəcəyini, dondurulacağını bildirirlər. Biz də bunun müqabilində deyirik ki, biz də nüvə məsələlərimizi donduracağıq, ləğv etməyəcəyik. Amerika rəsmiləri deyir ki, İran fərqli addımlar atmalıdır. Bu nə deməkdir? Yəni inqilab və islami dəyərlərimizi kənara qoyaq? Yəni dünyada baş qaldıran müqavimət hərəkatlarını dəstəkləməyək? Zülmə məruz qalmış İraq və “Hizbullah”-ı dəstəkləməkdən əl çəkək? ABŞ bilməlidir ki, bu hadisə heç vaxt baş verməyəcək.
 

Obama “İran Dövleti’nin formasının dəyişəcəyinə ümidim var” deyir. O, İranda özünə nökər olan bir dövlət sorağındadır. Rza şahın zamanında olduğu kimi ölkəni qarət etmək fikrindədir. Bilməlidir ki, bu, heç vaxt reallaşmayacaq yuxudur. Mən siz əzizlərimin adından söyləyirəm ki, bu xalq sonuncu nəfərə, nəfəsə və qan damlalarına qədər ölkəsinin müstəqillik və azadlığını dəstəkləyəcək. Amerikalılar öz tərəfdarlarına təlqin edirlər ki, “ABŞ-a ölüm olsun” şüarı ifratçılıq və ekstremizmlikdir. Bu insanlar anlamırlar ki, bu şüarın kökü Qurana və Aşura mədəniyyətinə söykənir və “Zillət bizdən uzaqdır!” şüarıyla eyni mənadadır. Bizim bu şüarımız insafın özüdür və hələ adam olmayan ABŞ-a güzəştə getmək zillət deməkdir.”

Teqlər: abş ، İran'ı ، qarət ، etmək ، istəyir
captcha