Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)’nın İslamazeri.az-a istinadla verdiyi xəbərə görə, Ayətullah Seyid Sistani İraqda qaçırılan türkiyəli inşaat işçiləri ilə bağlı bəyanat verib.
"Bismillahir Rəhmanir Rəhim. Kütləvi İnformasiya Vasitələrində yayımlanan məlumata görə, özünü İmam Hüseyn (ə)-ın davamçısı adlandıran silahlı qrup əcnəbi işçiləri girov götürərək özlərinin müəyyən siyasi tələblərini həyata keçirmək istəyirlər.
Regionda baş verən hadisələrlə heç bir əlaqəsi olmayan günahsız insanların girov götürülməsi əxlaqsızlıq və qanuna zidd hərəkətdir. Bu hərəkət İslamın nüfuzuna və Əhli-Beyt (ə)-ın prinsiplərinə qarşı çıxmaqdır. Bu addım İraq hökumətinin nüfuzunu aşağı salmaq və zəiflətmək məqsədi güdür. İraq hökumətini, siyasi qüvvələri və xalqı İraq təhlükəsizlik orqanları ilə birlikdə ölkədəki qanunsuzluğa qarşı mübarizə aparmağa çağırırıq"deyib.