IQNA

Ayətullah Məkarim Şirazi:

Milyonlarla adamın toplandığı ərazidə tikinti işləri aparılmaz

11:53 - September 13, 2015
Xəbər sayı: 3361939
Tehran(İQNA) - Ayətullah Şeyx Nasir Məkarim Şirazi ötən gün Məkkədə baş vermiş dəhşətli faciə ilə bağlı Səudiyyə hökumətini ittiham edib.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)’nın İnterAz-a istinadla verdiyi xəbərə görə, İslam aləminin tanınmış təqlid mərcələrindən olan ayətullah Məkarim Şirazi hadisədən təəssüf hissi keçirdiyini bəyan edib, din alimi hadisə nəticəsində ölənlərə rəhmət, yaralanan insanlara isə şəfa diləyib.

Ayetullah Məkarim Şirazi bildirib ki, Səudiyyə Ərəbistanı həcc mərasimini idarə edə bilmir: "Hansı sağlam ağıl icazə verər ki, milyonlarla adamın toplandığı bir ərazidə onlarla kran tikinti işləri aparsın? Ümumiyyətlə, "Məscidül-həramın" ətrafında ondan dəfələrlə hündür binaların tikilməsi yaxşı hal deyil."

Ayətullah Məkarim Şirazinin sözlərinə görə, Səudiyyə hökuməti müqəddəs məkanları sanki öz mülkləri hesab edir və bu məkanlarla öz şəxsi əmlakı kimi rəftar edir. Qeyd edək ki, ötən gün Kəbədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb, 238 nəfər xasarət alıb.

Teqlər: Ayətullam ، məkarim ، Şirazi ، beyanat ، edib
captcha