IQNA

Türkiyənin Şiə Alimlər Birliyin baş katibi vurğuladı:

Həcc ayinləri idarə etmək üçün İslam dünyasının şurası yaradılmalıdır

14:13 - September 28, 2015
Xəbər sayı: 3372832
Beynəlxalq şöbə: Höccətul-İslam vəl-müslimin Şeyx Qədir Akaras (Türkiyənin Şiə Alimlər Birliyin baş katibi) Mina hadisəsinin Ali –Səudun ləyaqətsizliyi ucbatından baş verdiyini vurğulayaraq dedi: Həcc ayinləri idarə etmək üçün İslam dünyasının şurası yaradılmalıdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Höccətul-İslam vəl-müslimin Şeyx Qədir Akaras (Türkiyənin Şiə Alimlər Birliyin baş katibi) 14 il müqəddəs Qum şəhərində Elmi Dini Hövzədə dini təhsil almışdır. Hazırda isə 25 ildir ki, Türkiyədə və başqa xarici ölkələrdə İslam maarifinin təbliği ilə məşğuldur. Həmçinin Türkiyə şiələrinin baxımlı kanalı olan "14 TV"nin də icraçı müdiridir.
Höccətul-İslam vəl-müslimin Şeyx Qədir Akaras (Türkiyənin Şiə Alimlər Birliyin baş katibi) İQNA ilə müsahibəsində vəhabilərin saxta etiqadlarını şərh edərək dedi: Ali-Səud rejimi vəahbi əqidəsinin davamçısı və himayəçisi olduğu üçün müsəlmanların bir çoxunu, şiə və ya sünni olduğunu belə nəzərə almadan müşrik adlandırırlar.
O dedi: Vəhabilər dini bir cərəyan deyil, bəlkə ingilislərin yaratdığı terrorist bir qruplaşmadır ki, dini çöhrə ilə müsəlmanların milli və dini tarixini dağıtmaqla məşğuldurlar. Bəqi qəbiristanlığının dağıdılması, dəfələrlər Kərbəlaya hücum, minlərlə müsəlmanın müxtəlif illərdə həcc mərasimlərində öldürülməsi, Yəmən, İraq və Suriyadakı bütün qətliamlar onların cinayətləridir.
Şeyx Qədir Akaras vurğuladı: Mina hadisəsinin Ali –Səudun ləyaqətsizliyi ucbatından baş verdiyini vurğulayaraq dedi: Həcc ayinləri idarə etmək üçün İslam dünyasının şurası yaradılmalıdır.
3372178

Teqlər: həcc ، hadisə ، cəmərə ، əqəbə ، ölü ، yaralı
captcha