IQNA

Ali Dini Lider Ayətullah Üzma Xamenei:

Amerika ilə müzakirə qadağandır!

9:35 - October 08, 2015
Xəbər sayı: 3383054
Siyasi şöbə: Həzrət Ayətullah Üzma Seyyid Əli Xamenei dünən İslam İnqilab Mühafizəçiləri Dəniz Qüvvələri Komandanlarının bir hissəsini ailələrilə birlikdə qəbul edib. O, görüş zamanı vurğulayıb: "Düşmən bütün vasitələrdən istifadə edərək, öz mədəni və siyasi istəklərini qəbul etdirmək, İran xalqının dini və siyasi etiqadını zəiflətmək, narazılıqları artırmaq və gəncləri hegemonçuluq quruluşunun maraqlarına xidmətə cəlb etmək ardıncadır və bununla mübarizə aparmaq lazımdır."


IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin dəftərxanasının rəsmi informasiya portalına istinadla verdiyi xəbərə görə, dünən, 07/10/2015-ci il tarixində İslam İnqilab Mühafizəçiləri Dəniz Qüvvələri Komandanlarının bir hissəsini ailələrilə birlikdə qəbul edib. O, görüş zamanı vurğulayıb: "Düşmən bütün vasitələrdən istifadə edərək, öz mədəni və siyasi istəklərini qəbul etdirmək, İran xalqının dini və siyasi etiqadını zəiflətmək, narazılıqları artırmaq və gəncləri hegemonçuluq quruluşunun maraqlarına xidmətə cəlb etmək ardıncadır və bununla mübarizə aparmaq lazımdır."



Ayətullah Xamenei Amerika ilə müzakirələrin İrana heç bir faydasının olmadığını və müzakirələrin ölkəyə nüfuz etmək məqsədi daşıdığını söyləyib: "Nüvə müzakirələrimiz çox böyük məharətlə müzakirələri aparsada son nüvə danışıqlarına nəzər yetirək, harada istədilər orada nüfuz etdilər. İran İslam Respublikasında düşmənlərin etiqad və mədəni hücumlarını önləmək sahəsində yaxşı işlər görülüb. Amma, bu sahədə səylər daha da artırılmalıdır." 



ABŞ-ı təcavüzkar siyasət yürütməkdə ittiham edən ali dini lider mövcud təhdidlər qarşısında çıxış yolunu da açıqlayıb: "Biz heç zaman müharibəni başlayan tərəf olmayacağıq. Lakin, düşmənin zatında təcavüzkarlıq əxlaqı var. Ona görə, elmi texniki təchizatımız günü-gündən gücləndirilməlidir".



Ayətullah Xamenei özü və İran xalqının ABŞ ilə müzakirələrə qarşı olmasının səbəbsiz olmadığını bildirib. " Amerikalılar nüvə müzakirələri yolu ilə İrana nüfuz yolunu açmağa çalışdılar. Amma, İran tərəfi bu məsələ qarşısında tamamilə ayıq davrandı.  ABŞ ilə müzakirələr malik olduğu saysız zərər və ziyanlara görə, hazırkı şəraitdə prioritet sayılmır."



Ayətullah son zamanlar gündəmə çevrilmiş mövulardan biri olan ABŞ-la nüvə danışıqlarından kənar müzakirələr məsələsinə də kəskin münasibət bildirib: "Biz dünyanın heç bir dövləti ilə, istər Avropa, istər qeyri-Avropa ölkələri ilə müzakirə aparmağa müxalif deyilik. Amma ABŞ məsələsi fərqlidir. Çünki, onların İranla müzakirə barədə düşüncələri yalnız nüfuz etmək və öz istəklərini yürütməkdir."



"ABŞ-la müzakirə qadağandır. Çünki, bu müzakirələrin bizə nəinki xeyri yoxdur, əksinə saysız zərərləri var.", - deyə ali dini lider bəyan edib.



3382718



 



 

Teqlər: abş ، müzakirə ، nüvə ، iran ، xamenei
captcha