IQNA

Rusiya İŞİD ilə virtual aləmdə də mübarizə aparacaq

10:51 - October 14, 2015
Xəbər sayı: 3385373
Tehran(İQNA) - Rusiyalı mütəxəssislər İŞİD sıralarına qoşulanların qarşısını almaq məqsədilə yeni bir virtual proqram üzərində çalışır.

İQNA’nın İslamazeri.az-a istinadən verdiyi məlumata görə Proqram sayəsində İŞİD-ə üzv toplayanların kimliyini müəyyənləşdirmək mümkün olacaq. "İzvestiya" qəzetinə müsahibə verən araşdırmaçı ekspert Yevgeniy Venediktov proqramın hazırda sosial mediadakı radikal qrupları axtaran və təhlil edən "Laplace şeytanı" adlı proqrama daxil ediləcəyini deyib.
 

Sosial mediada İŞİD üçün çalışan şəxlərin kimliyini ortaya çıxaracaq proqramın gələn il işə başlayacağını qeyd edən Venediktov, layihənin fəaliyyətini belə izah edib: "Proqramçılar istifadəçilərə ərəbcə mesajlar göndərəcək. Müsbət cavab alındıqda isə bu işlə linqvistik ekspertiza məşğul olmağa başlayacaq.

Daha sonra proqramçılar tərəfindən göndərilən linkə daxil olan istifadəçilər istəmədən İP ünvanlarını və kompyüterlərindəki məlumatları rus mütəxəssislərə ötürmüş olacaqlar". Bütün bunlarla yanaşı, proqramın tətbiqi prosesində ilahiyyatçılar və ərəb tədqiqatçılarının yardımından bəhrələnmək də nəzərdə tutulur.

Teqlər: rusya ، İŞİd ، virtual ، aləmdə ، mübarizə ، aparacaq
captcha