IQNA

İrandan Səudiyyəyə:

“Ayətullah Nimri edam etməyin bədəli ağır olacaq”

12:09 - October 27, 2015
Xəbər sayı: 3399259
Tehran(İQNA) - İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian, "Ayətullah Nimri edam etməyin bədəli ağır olacaq" deyib.

İQNA, İslamazeri.az-a istinadən xəbər verir ki, İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian Səudiyyə Ərəbistanının din alimlərindən olan Ayətullah Baqir Nimr haqqında verilən edam qərarından narahat olduqlarını bildirərək, "Şeyx Nimri edam etməyin bədəli ağır olacaq", -deyə söyləyib.

Minadakı faciəyə də toxunan Hüseyn Əmir Abdullahian "Səudiyyə Ərəbistanı hələ minlərlə şiə və sünni müsəlmanın ölümünə səbəb olan builki Həcc mərasiminin təşkil edilməsində idarəetmə çatışmazlığına dair hər hansı inandırıcı cavab verməyib" ifadəsindən istifadə edib.

İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian "Bu ilki Həcc mərasimində meydana gələn hadisələr və eləcə də Səudiyyə rəhbərliyinin məzlum Yəmən xalqına qarşı həyata keçirdiyi hərbi hücumlar Səudiyyə Ərəbistanının yaxşı vəziyyətdə olmadığını göstərir",-deyə sözlərinə əlavə edib.

Teqlər: ayətullah ، Nimri ، edam ، bədəli ، ağır
captcha