IQNA

Almaniya müsəlmanlarının sayı 2020-ci ilədək indikinin 4 bərabəri olacaqdır

7:02 - November 04, 2015
Xəbər sayı: 3443218
Beynəlxalq şöbə: Almaniya müsəlmanlarının sayı gələn 5 il ərzində 4 dəfə çoxalacaq, yəni 2020-ci ilədək indikinin 4 bərabəri olaraq 20 milyon nəfərə çatacaqdır.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İİNA xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın "Gate Stone" müəssisəsinin beynəlxalq siyasət şurası bildirib ki, Alman dövləti 2015-ci ildə 1.5 milyon qaçqın mühacirə sığınacaq vermək məcburiyyətindədir və ehtimal olunur ki, 2016-cı ildə bu rəqəm daha da artsın. Bu sayı hazırda Almaniyada yaşayan 5 milyon 800 min nəfər müsəlmanın üzərinə əlavə etsək, Almaniya müsəlmanlarının sayı gələn 5 il ərzində 4 dəfə çoxalacaq, yəni 2020-ci ilədək indikinin 4 bərabəri olaraq 20 milyon nəfərə çatacaqdır.



Oh Brandlin (Bayren əyaləti üzrə şəhər icra hakimiyyətləri birliyinin rəisi) Alman elə bir məsirdə hərəkət edir ki, bu ölkədə yaşayan müsəlmanların sayı 2020-ci ilədək indikinin 4 bərabəri olaraq 20 milyon nəfərə çatacaqdır. Müsəlman cəmiyyətin bu səviyyədə birdən çoxalması Almaniyada böyük bir ictimai dəyişiklik yaradacaqdır. Elə bir dəyişiklik ki, Almaniyanın ictimai simasını həmişəlik dəyişəcəkdir.  



3440944

Teqlər: almaniya ، İslam ، 2020 ، müsəlman ، hicrət
captcha