IQNA

Lətaiful-Quran;

Əbulfəzl Bəhrampurun yeni təfsiri

23:08 - November 06, 2015
Xəbər sayı: 3444000
Ədəbiyyat şöbəsi: İİR-nın tanınmış Quran ustadı, Quran tərcüməçisi və müfəssiri Ustad Əbulfəzl Bəhrampur özünün Quranın təfsiri haqqında yeni əsəri barədə xəbər verib. O, "Lətaiful-Quran" adlanan yeni təfsirində Quran təfsirində indiyədək deyilməmiş sözlərin deyildiyini vurğulayıb.

İİR-nın tanınmış Quran ustadı, Quran tərcüməçisi və müfəssiri Ustad Əbulfəzl Bəhrampur İQNA (Beynəlxalq Quran Xəbərləri Agentliyi) ilə müsahibəsində özünün Quranın təfsiri haqqında yeni əsəri barədə xəbər verərək dedi: Hazırda iki təfsir üzərində işləyirəm. Bunlardan biri öncələr qaynaqsız və seçilmiş ayələr əsasında yazdığım "Təfsire mübin" kitabının daha mükəmməl və sənədləşdirilmiş formasıdır ki, "Təfsire Rəsa" adı ilə yazılır və bütün surə və ayələri əhatə edəcəkdir.
Ustad Əbulfəzl Bəhrampur söhbətinin davamında ikinci yeni əsərindən söz açaraq dedi: Öncələr yazdığım 30 cildlik "Nəsime Həyat" təfsirinin kamilləşdirilməsi və yenilənməsi yönündə də yeni bir təfsir yazmağa başlamışam. Hazırda bu təfsirin 5 cildi çapa hazırdır, amma 15 cild çapa hazır olmayınca heç bir cild çapdan çıxmayacaq, çünki oxucuları çox intizarda qoymaq istəmirəm. Yeni təfsir də 30 cilddən ibarət olacaq, məsələlər çox asan təfsirlə, hamının başa düşə biləcəyi bir dildə izah edilmişdir. Ayələrin dəqiq lüğəvi mənaları və nöqtələri açıqlanmışdır. Quran baradə deyilməmiş məqamlar və yeni əldə olunmuş məna çalarları və izahları bu təfsirdə öz əksini tapacaqdır. Yeni təfsirin adı "Lətaiful-Quran"dır.
3438878

Teqlər: təfsir ، quran ، bəhrampur ، zəncani
captcha