IQNA

11:38 - November 09, 2015
Xəbər sayı: 3446133
Tehran(İQNA) - Noyabr ayının 8-də Bakıda Əhli-Beyt (ə) Hüseyniyyəsində Şam namazından sonra din alimləri və mömünlərin iştrakı ilə mərhum Höccətül-İslam Şeyx Adil Mövlayinin xatirəsi anılıb.

Mərasimdə Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvləri, Əhli-Beyt (ə) şairləri, məddahlar, Azərbaycan İslam Partiyasının,  Qafqaz Müsəlmanları İdaərsinin nümayəndələri və  möminlər iştirak edib.

Mərasimdə çıxış edənlər mərhum Hacı Şeyx Mövlayinin şəxsiyyətindən, həyat yaradıcılıqından bəhs  edərək onun Azərbaycanda  gördüyü işlərdən danışıblar.

Məclisin sonunda  mərhum Mövlayinin xatirəsinə ehsan süfrəsi açılıb. Qeyd edək ki, Höccətül-İslam Mövlayi oktyabr ayının sonunda İranın Qum şəhərinin Cəfəriyyə məntəqəsində avtomobil qəzasında dünyasını dəyişib.

Höccətül-İslam Mövlayi Azərbaycanda  bir sıra fəaliyyətlərlə yadda qalıb. Məhz onun elmi səyi nəticəsində “Qafqaz elm dünyasının ulduzları” adlı kitab ərsəyə gəlib.

Kitabda Qafqaz ölkələrində yaşayıb-yaratmış 100 nəfər İslam aliminin həyat və fəaliyyətindən bəhs olunur. Kitab iki il yarım ərzində hazırlanıb. Bu müddət ərzində Abbasilər və Səfəvilər dövründən bu yana İslam alimləri, şeyxülislamlar haqqında məlumat toplanıb.

2013-cü ilin noyabr ayında Qafqaz Müsəlmanları İdarəsi tərəfindən kitabın geniş təqdimat mərasimi keçirilib.

Maide.az

Teqlər: Bakıda ، mərhum ، Höccətül ، İslam ، Adil ، Mövlayi
Ad:
E-poçt:
* Comment:
* captcha: