Avstraliyanın Təhsil naziri Senator Simon Birmingham bugün, 13 noyabrda yaydığı açıqlamada bildirib: Əgər ölkədəki 6 İslam məktəbi öz fəaliyyətlərini Federal təhsil qanunları və tələbləri ilə uyğunlaşdırmasalar, onlara ayrılan dövlət büdcəsinin kəsilməsi ilə üzləşəcəklər.
Avstraliya İslam Şuraları Federasiyasına bağlı olan bu 6 məktəbin adları aşağıdakılardır: Brisban İslam Kolleci, Melborn İslam Kolleci, Cənubi Avstraliya İslam Kolleci, Kanberra İslam Məktəbi, Langford İslam Kolleci və Kral Fəhd adına İslam Kolleci. Hal-hazırda bu məktəblər Mərkəzi və Federal hökümətdən bütövlükdə 45 milyon dollar maliyyə yardımı alırlar.
Senator Birmingham deyib: Aparılan yoxlama və müşahidələr nəticəsində məlum olub ki, həmin məktəblər idarəetmə və maliyyə baxımından ölkənin təhsil qanunlarına əməl etmirlər.
O əlavə edib: Avstraliya məktəbləri ən yüksək standartlara əməl etməli və onlara ayrılan maliyyə mənbələri şagirdlərin faydalanması istiqamətində xərclənməlidir.
Maide.az