IQNA

İrandan Parisdəki terror hücumlarına qınama

11:34 - November 14, 2015
Xəbər sayı: 3447937
Tehran(İQNA) - İran Xarici İşlər Nazirliyi Sözçüsü Cabir Ənsari, dünən gecə Parisdə meydana gələn qanlı terror hücumlarını qınadı.

İQNA-nın verdiyi xəbərə görə, İran Xarici İşlər Nazirliyi Sözçüsü Hüseyn Cabir Ənsari etdiyi şərhdə, birçox vətəndaşın həyatını itirməsi və yaralanmasına səbəb olan Parisdəki terror hücumlarını şiddətlə qınayaraq, Fransa dövləti və xalqına başsağlığı dilədi.

Bu cür alçaqca cəhdlərdə olanların İslam dini, bütün əxlaqi və insani prinsiplərə düşmən olduğunu bildirən Cabir Ənsari, Terror təşkilatları ilə birgə mübarizə aparmanın önəmli olduğunu vurğuladı.

Teqlər: iran ، paris ، terror hücumları ، qınama
captcha