IQNA

Paris hadisəsindən sonra Avropada məscidlərə hücum artıb

23:48 - November 16, 2015
Xəbər sayı: 3453434
Beynəlxalq şöbə: Keçən Cümə axşamı Parisdə baş verən terror hücumlarında sonra bəzi Avropa ölkələrində və həmçinin Kanadada müxtəlif məscidlər İslamofobların hücumlarına məruz qalıblar.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "peterborough examiner" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Orta Şərqdə çox sayda müsəlmanları qətliam edən və bir çox dini azlıqları öldürən İŞİD terrorist qruplaşması öz cinayətlərinin əhatə dairəsini Avropayadək genişləndirərək keçən Cümə axşamı özlərini Fransanın paytaxı Parisə yetirdilər və şəhərin altı müxtəlif məkanında terror aktı törətdilər ki, bu hadisədə onlarla yarlanan və ölənlər oldu.



Keçən Cümə axşamı Parisdə baş verən terror hücumlarının ardınca Qərb ölkələrində yeni anti İslam hislər və İslamofobiya dalğası güclənməyə başlayıb ki, bunun nəticəsində bir çox  məscidlər islamofobiyaçıların və iqrçilərin hücumlarına məruz qalıb.



Hücuma və yanğına məruz qalan məscidlər arasında Kanadanın İntaryu əyalətinin mərkəzində "piterburo" şəhərinin təkcə məscidi olan "Məscidul-İslam" məscidi də vardır ki, bu məscid şənbə gecəsi odla hücumlar nəticəsində yanıb kül oldu.



Yanan məscidlər arasında İspaniyanın Donbinito şəhər məscidi və Hollandiyanın Ruzendal şəhər məscidi də vardır.  





 





 





http://iqna.ir/fa/News/3453033

Teqlər: avropa ، paris ، fransa ، kanada
captcha