IQNA

Ərəb ölkələrindən qorxulu və təhdidamiz məktublar bais oldu;

Şotlandiyada "Məhəmməd Rəsulullah (s)" filmi ekran olunmasın

10:36 - November 18, 2015
Xəbər sayı: 3454074
Beynəlxalq şöbə: Bəzi Ərəb ölkələrindən anonim şəxslər tərəfindən yazılan və Şotlandiya kinoklublarına gələn naməlum məktublar bais oldu ki, Mustafa İqadın rejissorluğu ilə çəkilmiş "Məhəmməd Rəsulullah (s)" filmi bu ölkənin kinoklublarında ekran olunmasın.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "rusiya əl – yəvm" xəbər və informasiya portalına istinadlar verdiyi xəbərə görə, Bəhreyn, Ərəbistan, Nigeriya və bəzi digər Ərəb ölkələrindən anonim şəxslər tərəfindən yazılan və Şotlandiya kinoklublarına gələn təhdidamiz naməlum məktublar bais oldu ki, əslən Suriyalı olan və Amerikada yaşayan Mustafa İqadın rejissorluğu ilə çəkilmiş "Məhəmməd Rəsulullah (s)" filmi bu ölkənin kinoklublarında ekran olunmasın. Bu barədə "raşa tudey əl-ərəbiyyə" ("rusiya bu gün" portalının ərəbcə buraxılışı) "Şotlandiya Məhəmməd Rəsulullah (s)" filminin ekran etməkdən qorxur" başlığı altında xəbər yayaraq bildirib ki, bu təhdidamiz məktublardan sonra Şotlandiyanın "Qlasko" kinoklubu "Məhəmməd Rəsulullah (s)" filminin ekranını dayandırıb. Əlbəttə mənbələrinin dediyinə görə məktublarda kinoklubların işçilərinə aid təhdid olmayıb, amma hər cür hadisənin qarşısını almaq üçün kinonun ekranı dayandırılıb.



Bu hadisə Brtitaniya müsəlmanlarının narazılığına səbəb olub və onlar deyiblər ki, biz icazə verməyəcəyik kimlərsə İslam dinini radikal və müsəlmanları ifratçı kimi tanıtsınlar.



Qeyd edək ki, təhdidlə dolu məktublarda "musiqi və rəqs səhnələri", "tarixi səhvlər" və "qeyri müsəlmanların səhabə rolunu ifa etməsi" kimi fikirlər bu narazılığın səbəbləri kimi deyilmişdir.



Əslən Suriyalı olan və Amerikada yaşayan və "Ömər Muxtar" filminin rejissoru Mustafa İqadın rejissorluğu ilə çəkilmiş "Məhəmməd Rəsulullah (s)" ("Ər-Risalə" və ya "Peyğəmbərlik") filmi 1977-ci ildə çəkilmişdir ki, bu filmdə hollivudun qeyri-müsəlman oyunçuları rol ifa etmişlər. Kinonun səhnələri Liviya və Mərakeşdə çəkilmişdir.



Mustafa İqad 1930-cu ildə Suriyanın Hələb şəhərində doğulub və Amerikada yaşamış və 20-dən çox filmin rejissorudur. Bu rejissor 2005-ci ildə qızı ilə birlikdə Əl-Qaidənin İordaniyanın paytaxtı Oman şəhərində törətdiyi terror cinayətində öldürüldü.          



3453583

captcha