İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-ərəb" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İslam ölkələri və dünyanın müxtəlif yerlərində İslami mərkəzlər və məscid binalarının tikilməsi planı istiqamətində Şeyx Sani bin Abdullah Qətərin "Humanitar Xidmətlər" (RAF) xeyriyyə müəssisəsinin vasitəçiliyi ilə müxtəlif İslam ölkələri və qeyri-İslam ölkələrindəki müsəlmanlardan və müxtəlif qrumlardan toplanılmış maddi köməklərin hesabına Mali respublikasının kasıb və imkansız kəndləri üçün 10 məscid tikilib istifadəyə verdildi.
Bu məscidlər Mali respublikasının ucqar rayonlarında yerləşən imkansız və rifah durumu yaxşı olamyan kənlərdə hər bir məscidin tikilişinə 420 "qətər riyalı" xərclənərək tikilmişdir. Məscidlərdə ümumi İslam kitabxanası, səsucaldıcılar, tualet, dəstəmazxana və namazqılanlara lazım olan digər şəraitlər yaradılmışdır.