IQNA

BMT Myanmar hökumətini müsəlmanlarla pis rəftar etdiyinə görə tənqid edib

11:12 - November 21, 2015
Xəbər sayı: 3455039
Tehran(IQNA) - BMT Baş Assambleyasının İnsan Hüquqları Komitəsi Myanmar hökumətini müsəlmanlarla pis rəftar etdiyinə görə tənqid edib.

BMT Baş Assambleyasının İnsan Hüquqları Komitəsi çərşənbə günü Myanmar hökumətini müsəlmanlara pis rəftar etdiyinə görə tənqid edərək, bu Cənub Şərqi Asiya ölkəsinin rəsmilərini Mülki Məcəlləyə dəyişiklik etməyə çağıraraq, Ruhingiya müsəlmanlarına tam vətəndaşlıq hüququnun verilməsini tələb edib.

BMT Baş Assambleyasının İnsan Hüquqları Komitəsi çərşənbə günü Nyu-Yorkda keçirilən iclasında Myanmarla bağlı qeyri-məcburi qətnamə layihəsi 193 ölkədən olan Assambleya üzvlərinin yekdil rəyi ilə qəbul edilib.

Qətnamədə deyilir: Baş Assambleya bir daha Raxin əyalətinin Ruhingiya rayonundakı mövcud vəziyyətlə, müsəlman azlığın hüquqlarının pozulması və onlarla pis rəftar edilməsi ilə bağlı öz ciddi narahatlığını ifadə edir.

Bu qətnamə, Myanmar hökümətini bütün Ruhingiya müsəlman azlığının insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə yanaşmağa və müsəlmanların tam vətəndaşlıq hüququnun tanınmasına çağırıb. Sözügedən qətnamə növbəti günlərdə yekun təsdiq üçün bir daha səsə qoyulmalıdır.

Maide.az

captcha