İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "arabi21.com" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Quran və İslamla yaxından və uzaqdan heç bir rabitə və tanışlığı olmayan, amma yalandan İslam adına təzahür edən "əl-Mürabitun" adlanan silahlı terrorist ünsürlər Malinin paytaxtı Bamako şəhərində "Radisson" hotelinə daxil olaraq 170 nəfəri girov götürüb. Onlar givor götürdükləri şəxsləri Quran tilavət etmək şərti ilə azad edəcəkdilər!
İslam adına təzahür edən "əl-Mürabitun" adlanan silahlı terrorist ünsürlər bir halda Quran və İslamın adından suistifadə edir ki, bu müqəddəs din və bu müdəqqəd kitabda hər növ zorakılığ və terrorist addımları və insan qanı axıtmaq qadağan olunmuşdur.
"əl-Mürabitun" kimi qondarma "islamçı qruplar"ın ucbatındandır ki, dünyada hər gün islamofobiya və müsəlmanlara nifrət güclənməkdədir. Dünyadkı hər növ zorakılıq, qətl, qan tökmək və terror hadisələri müsəlmanlara nisbət verilməkdədir.
Əl-Qaidə terror təşkilatına bağlı olan "əl-Mürabitun" adlanan silahlı terrorist ünsürlər dünən girov götürülənlərin çoxu xaricilərdən ibarət olan 19 nəfərini öldürüblər. Mali təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə 170 nəfər girov azad edilib.
3455028