IQNA

Əl-Əzhərin şeyxi şiələrin əqidəsinə sual altına aldı

23:13 - November 28, 2015
Xəbər sayı: 3457978
Beynəlxalq şöbə: Əhməd Təyyib – Əl-Əzhərin şeyxi, dünən, 27 noyarb 2015, özünün əsassız və dəlilsiz iddiaları ilə şiələrin əqidələrini, o cümlədən İmamət və "fəqihin vilayəti" məsələsini öz gümanı ilə guya təfsir və "təvil" edərək bu məsələlərdə şübhə yaratmağa çalışdı.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "bəvvabətu fitva" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Əl-Əzhərin şeyxi Əhməd Təyyib dünən, 27 noyarb 2015, özünün yanlış, əsassız və dəlilsiz iddialarının davamında şiələrin əqidələrini, o cümlədən İmamət və "fəqihin vilayəti" məsələsini öz gümanı ilə guya təfsir və "təvil" edərək bu məsələlərdə şübhə yaratmağa çalışdı və şiə təfəkkürünün təbliğ edilməsi və yayılmasını bütün dünyaya və regiona hakimlik etmək üçün bir plan olduğunu vurğuladı.  



Əhməd Təyyib – Əl-Əzhərin şeyxi, Misrin peyk TV kanalında çıxışı zamanı iddi etdi: Əhl-Sünnə yaşayan regionlarda şiə təfəkkürünü təbliğ etmək regiona hakimlik və region ölkələrinin daxili işlərində müdaxilə etmək istəyənlərin böyük planıdır.  



Əl-Əzhərin şeyxi Əhməd Təyyib özünün şiə məzhəbinin əhl-sünnə yaşayan regionlarda yayılması barədə yanlış, əsassız və dəlilsiz etiraz və iddialarının davamında dedi: Şiələr istəyirlər ki, öz məzhəblərini əhl-sünnə arasında yaysınlar və bu barədə çoxlu maddi vəsait xərcləyiblər.  



Əhməd Təyyib – Əl-Əzhərin şeyxi, özünün əsassız və dəlilsiz iddiaları ilə şiələrin əqidələrini, o cümlədən İmamət və "fəqihin vilayəti" məsələsini öz gümanı ilə guya təfsir və "təvil" edərək bu məsələlərdə şübhə yaratmağa çalışdı və dedi: Şiələr inanırlar ki, "Peyğəmbərdən (s) sonra mütləq bir imam olmalıdır ki, dininin həqiqətini insanlar üçün açıqlasın. Çünki insanları təfsirsiz buraxsaq, dini mətnləri doğru təfsir edə bilməyəcəklər. Və nəticədə azğınlığa düşəcək, digərlərini də azdıracaqlar. Buna görə də Quranı təfsir edənlər məsum olmalıdırlar". İndi hazırda şiələr belə bir əqidəni təbliğ də edirlər.  



Əl-Əzhərin şeyxi çıxışının davamında şiələrin bu əqidəsi barədə şübhə və sual yaratmağa çalışdı.



  http://iqna.ir/fa/News/3457825



 

Teqlər: misir ، təyyib ، əhməd ، şiə ، vəhabi ، sünni
captcha