İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ŞƏFƏQNA" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Paris hadisələrinin ardınca başlayan "islamofobiya" dalğası davam edir. Bu dəfə məscidlərdə ifratçı və radikal dini təbliğat bəhanəsini önə çəkən Fransa dövləti ölkəsindəki yüzdən çox məscidin fəaliyyətini ifratçı siyasət yürütdüklərinə və ölkənin ictimaiyyətində dini və irqi nifrət yaratmaqla məşğul olduqları üçün dayandırmağı qərara alıb. Bəzi məscidlərin fəaliyyətinin dayandırılması səbəbi kimi onların qeyri-qanuni və qeydiyyatsız fəaliyyət etmələri göstərilib.
Bundan öncə də Fransanın xarici işlər naziri Bernar Kuşner (Bernard Kouchner) elan etmişdi ki, ifratçıların, radikalların və ekstremistlərin yuvasına çevirilmiş və camaat imamlarının ifratçılığa və təkfirçiliyə dəvət etdiyi hər bir məscid ölkənin nazirliyi tərəfindən bağlanacaqdır.
3459567