IQNA

"Mühacir iləllah" Həzrət Məsumənin (ə) hərəminə qonaq oldu;

10:04 - January 02, 2016
Xəbər sayı: 3480006
Tehran, 2 Yanvar 2016 - Qum Elmi Hövzəsinin ustadı Müslim Qulipur Cümə günü dəfn edildi.

Tehran, 2 Yanvar 2015 - Keçən ilin Həcc mərasimində Minada yaradılan terror hadisəsi zamanı vəfat edənlərdən birinin də kimliyi məlum oldu. O, elmi dini hövzənin tanınmış müəllif və ustadı Höccətul-İslam vəl-müslimin Müslim Qulipurdur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən ilin Həcc mərasimində Mina hadisəsində şəhid olanlardan biri də Qum Elmi Dini Hövzəsinin tanınmış ustadı və çoxtəlifli müəllifi Höccətul-İslam vəl-müslimin Müslim Qulipurdur.

Onun cəsədi 80 gündən sonra DNA analizləri vasitəsilə tanınaraq vətəni İrana qaytarıldı.

Mərhumun cənazəsi dünən, Cümə günü, 2 yanvar 2016-cı il, müqəddəs Qum şəhərində Həzrət Məsumənin (ə) civarında və digər Mina hadisəsi şəhidi Ayətullah Müəyyidi Quminin yanında dəfn edildi.

Höccətul-İslam vəl-müslimin Müslim Qulipur Gilaninin dəfn mərasimində Ayətullah Üzma Cavadi Amuli, Ayətullah Üzma Haşimi Şahrudi, Ayətullah Cənnəti ("Şuraye-Nigəhban"ın baş katibi), Hüseyni Buşəhri (Qum Elmi Hövzəsinin rəisi), Əl-Mustafa universitetinin rəisi Dr. Ərafi, Ayətullah Xərrazi, Ayətullah Xatəmi və digər mərcələrin nümayəndələri iştirak etdilər.

Mərhumun cənazə namazını Ayətullah Üzma Məhfuzi qıldı.

Qeyd edək ki, Höccətul-İslam vəl-müslimin Müslim Qulipur Gilani dini elmi hövzədə 70-ə yaxın kitabın müəllifidir.

captcha