IQNA

Bəhreyn rejimi İslam alimlərinin həbsinə başladı

10:19 - January 05, 2016
Xəbər sayı: 3480031
Tehran, 5 Yanvar 2016 - Səudiyyə rejimi nüfuzlu İslam alimi Şeyx ayətullah Nimri və 47 nəfəri edam etməsindən sonra, Bəhreyndə kütləvi etiraz aksiyaları səngimək bilmir.

IQNA - Maide.az-a istinadla xəbər verir ki, Bəhreyn Əhli-beyt (ə) davamçılarının daha bir nüfuzlu alimini həbs edib. Bəhreynin İnsan Haqları Mərkəzinin rəhbəri Əhməd əl-Cidhafsi həbs olunub.

O, etiraz aksiyasına qatılan kimi, dərhal həbs olunub. Eyni zamanda, xeyli sayda etirazçı da həbs olunub. Xatırladaq ki, 2014-cü ildə Bəhreyn rejimi görkəmli İslam alimi və Bəhreyn müxalifətinin lideri Şeyx Əli Salmanı həbs edib.

Teqlər: bahreyn ، rejim ، İslam ، alimleri ، həbs
captcha