IQNA-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, Tehranın imam cüməsi Şeyx Nimrin Ərəbistan rejimi tərəfindən edam edilməsini pisləyərək deyib: "Səudiyyə Ərəbistanı Şeyx Nimri İslam və qanunlar barədə dediyi sözlərə görə şəhid etdi. Çox təəssüf olsun ki, bu xəbər dünyada lazımı şəkildə ışıqlandırılmır və beynəlxalq təşkilatlar hadisəni pisləmirlər. Hədislərdə buna oxşar hadisələr barədə xəbərlər verilib.
Hədislərə əsasən axırzamanda bir qrup ərəb yəhudilərlə əlbir olacaq. Hədislərə əsasən, insanlar saf çürük olacaq və sıralar bəlli olacaq. Son bir neçə ildə sıraların necə bəlli olduğunu görmək mümkündür. Ərəbistan Abdul Vəhhaba dayaq oldu və ona yer və büdcə verdi. Baş verən cinayətlər müsəlmanların sıralarını bəlli etdi.
Mina hadisəsinə də müsəlman ölkələrinin bəzilərinin necə etinasız davrandıqlarının şahidi olduq. Təəssüf olsun ki, cavan və avamlar bölgədə hakimlik edir və qara qəlbləri ilə işləri icra edirlər.
Keçmişdə işlər gizlində olurdusa, bu cavanın işləri açıq aşkardır. Dünyada cinayət törədən qrupun dəstəkçisi kimdir deyə soruşmaq lazımdır. "Ceyşul islam”, "Cundul islam”, "İŞİD” və İslam adına cinayət törədən digər qruplara dəstək verənlər kimlərdir? Bu hadisənin 3 əsas nüansı var. Əvvəla bu cinayət proqramlaşdırılıb, bu da sionist rejiminin öhdəsindədir. Bunu dəstəkləyən də ABŞ-dır.
Cinayətin maliyə işini isə Səudiyyə öz öhdəsinə götürüb. Bəziləri sanki Yəməndə nələrin baş verdiyini görmür. Hamilə qadınların və körpə uşaqların necə şəhid edildiyini sanki izləmirlər.
Tehranda və Məşhəddə Səud səfirliyinə hücum pislənilir. Bu hücumlar rəhbərimizin İngiltərə səfirliyinə olan hücumu zamanı dediyi kimi, həm cinayətdir, həm xəyanət. Bu hücumda ölkəmizə nüfuz etmiş şəxslərdən və həmçinin avam insanlardan istifadə olunub.
Elə bu səbəbdən imam Sadiq (ə) buyuru: "Axmaq insanlarla dostluq etməyin”. Sənə xeyir vermək istəsə də, ziyan vuracaq. Bu hadisəni proqramlaşdıranlar Səudiyyə Ərəbistanı meydanında olan topu İran meydanına atmaq niyyətində idilər.
Bununla da İranla diplomatik
əlaqələri kəsmək niyyətində idilər. Bu hadisəni törədənlər
cəzalanmalıdırlar. Lakin bunu da bilməliyik ki, Ərəbistan ölkəmizlə diplomatik
əlaqələrini kəsmək üçün uzun zamandan bəri çalışır. Mən bəzi ölkələrin
mövqelərinə təəccüb etdim. Sizin ki, Səudiyyənin puluna ehtiyacınız yoxdur. Siz
niyə onlarla eyni sırada dayandınız? Bəzi qonşular da İsrail və Ərəbistanla
olan sıx əlaqələri ilə bizi təəccübləndirməyə davam edirlər.
İçüzü açılmış Ərəbistanla əlaqə qurmaq istəyənlər sonda zilləti qəbul
edəcəklər. Bəşər onları pisləyirlərsə, demək onlar zəlildirlər. Milyardlarla
insan ABŞ, İsrail və Ərəbistanın törətdiyi cinayətlərə görə onları qınayırlar.
Hazırda bölgədə baş verənlər öncədən məlum olan hadisələrdir. Ölkə daxilində də
problemlər varsa onu tezliklə həll etməliyik. Seçkilərdə yüksək səviyyədə
iştirak etməliyik. Seçkilərdə iştirak etməyənlər və dövlətin haqqını əda
etməyənlər İmam Zamanın (ə) lütfünə şamil olmazlar.”