IQNA

Kanada müsəlmanları Kilsədə namaz qılacaqlar

11:17 - January 09, 2016
Xəbər sayı: 3480045
Tehran, 09 Yanvar 2016 - Kanadanın xristian ibadət ocaqları Untaryo əyalətinin Piterburq şəhərində "Sülh məscidi"nin yanmasının ardınca müsəlmanları kilsələrdə namaz qılmağa dəvət etdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "turkarab.net" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Kanadanın xristian ibadət ocaqları, o cümlədən Kanadının "Angilican" kilsəsi, Untaryo əyalətinin cənub-şərqində yerləşən Piterburq şəhərində "Sülh məscidi"nin (əs-Səlam məscidi) yanmasının və yanğın nəticəsində ciddi xəsarət almasının ardınca kilsələrin qapılarını müsəlmanların üzünə açaraq müsəlmanları kilsələrdə namaz qılmağa dəvət etdilər.

Kanadanın bəzi dövlət rəsmiləri Əs-Səlam məscidinin yanmasının ardınca bu hadisənin qəsdən törədilmiş cinayət olduğunu da vurğulayıblar.

Həmçinin Kanadanın "Angilican" kilsəsi insanlardan və dövlətdən məscidin ən qısa zamanda yenidən təmir olunması üçün maddi vəsait toplanmasını tələb edib.

Kanadanın "Saint Joseph" kilsənin məsulu bu barədə deyib: Məscidin yenidən təmir olunmasına yardım məqsədi ilə toplanan maddi vəsait Piterburqda yaşayan müsəlmanlar və məsihilərinin dostluq və sülh şəraitində yaşamasını göstərmək üçün bir vasitədir.

Qeyd edək ki, Piterburq (Peterborough) şəhərinin "əs-Səlam" məscidi Paris terror hadisələrindən sonra yandırıldı. Məscidə 80 min dollar məbləğində zərər dəymişdir. Həmçinin Amerikada da iki məscid Paris hadisələrindən sonra yandırılmışdır.

http://iqna.ir/fa/news/3465330

captcha