IQNA

İŞİD üzvü anasını hamının gözü qarşısında edam edib

11:44 - January 09, 2016
Xəbər sayı: 3480046
Tehran, 09 Yanvar 2016 - İŞİD qruplaşmasının üzvlərindən biri hamının gözü qarşısında anasını edam edib.

IQNA-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, hadisə Rakka şəhərində baş verib.Suriyaİnsan Haqları Müşahidə Şurasının saytında yer alan xəbərə görə, 40 yaşlı qadın 20 yaşlı oğlunu İŞİD sıralarını tərk etmək və Rakkadan qaçmağa inandırmağa çalışıb. Lakin qadın buna nail olmayıb.

Əvəzində qadının oğlu bu barədə qruplaşmanın yerli başçısına məlumat verib. Bundan sonra qadın saxlanılıb. Oğul anasını işlədiyi poçt şöbəsinin qarşısındakı meydanda hamının gözü qarşısında edam edib.

captcha