IQNA, İnterAz-a istinadən xəbər verir ki, Nigeriya ordusu və polisi
ölkənin Əhli-Beyt (ə) ardıcıllarının lideri Şeyx İbrahim Zəkzəkinin tərəfdarlarına
İslam aliminin sağ və salamat olduğuna dair zəmanət verib.
Nigeriyanın şimalında müsəlman qadınlar Şeyx İbrahim Zəkzəkinin azadlığa
buraxılması üçün etiraz nümayişi təşkil ediblər.
Kaduna vilayətinin Zariya şəhərində toplaşan qadınlar Nigeriya İslam Hərəkatının
rəhbəri Şeyx İbrahim Zəkzəkinin fotolarını əllərində qaldıraraq, "Şeyx Zəkzəkini
azadlığa buraxın" şüarını səsləndiriblər.
Qadınların sözçüsü hacıxanım Aişə Həsən etirazlarla bağlı açıqlama verib. O,
ordunun bombalar və müxtəlif partlayıcı maddələr istifadə etməklə 27 saat müddətində
müsəlmanlara qarşı qətliam etdiyini və mindən artıq müsəlmanı qətlə yetirdiyini
bildirib.
"Biz qeyd-şərtsiz Şeyx Zəkzəki və xanımının azadlığa buraxılmasını istəyirik.
Nigeriya daxilində qeyri-qanuni nəzarət mərkəzlərində saxlanılan bacı və
qardaşlarımızın azadlığa buraxılmasını tələb edirik", - deyə hacıxanım Aişə
Həsən bildirib.