IQNA

İmam Həsən Əskərinin (ə) tevəllüdü

9:29 - January 19, 2016
Xəbər sayı: 3480074
Tehran, 19. 01. 2016 - İmam Həsən Əskəri (ə) çox vüqarlı və əzəmətli bir şəxsiyyət idi. O, öz zamanında Quranın misilsiz müfəssiri sayılırdı. Yüz nəfərdən çox məşhur alim o həzrətin məclisində iştirak edirdi.

IQNA - İmamət səmasının on birinci parlaq ulduzu Mədinə şəhərində doğdu və Samirra şəhərində batdı. O həzrətin adı Həsən, künyəsi Əbül Mühəmməd, tanınmış ləqəbləri isə "Zəki" və "Əskəri" idi.

Atası həzrət Hadi (ə), anasının adı isə Süsən idi. 22 yaşında ikən atası şəhid oldu. Atasının şəhadətindən sonra imamlıq müddəti 6 il, mübarək ömrü isə 28 il çəkdi. O həzrət (ə) 260-cı hicri ilində Abbasi xəlifəsi Mötəmid tərəfindən şəhid olunaraq Samirra şəhərində dəfn olundu. Onun yeganə övladı həmin vəd olunmuş həzrət imam Məhdidir ki, zühur edərək dünyanı ədalətlə dolduracaqdır.

İmam Həsən Əskərinin (ə) zamanında Həzrətin özü şiddətli nəzarət altında olduğuna görə İslam öz nüfuzunu əldən vermişdi. Hakimiyyətdə olanlar, xüsusilə də Mütəvəkkil, hər hansı yolla olursa olsun, camaatı İmamdan uzaqlaşdırmağa çalışırdı. Çünki hal hazırda qeybdə olub, gələcəkdə isə İslam ümmətinin rəhbərliyini öhdəsinə alaraq vahid dünya hökumətini quracaq on ikinci imam, imam Həsən Əskərinin (ə) oğlu olacaqdı. Elə buna görə də İmamı nəzarət altıda saxlayırdılar. Lakin Allah-taala, Musanı Fironun sarayında saxladığı kimi, İslam ümmətinin gələcək rəhbərini də gözlərdən uzaq və gizlincə dünyaya gətirdi.

Maide.az

captcha