IQNA

Ayətullah Üzma Xamenei: Düşmənin geri çəkilməsindən məmnunam!

11:06 - January 20, 2016
Xəbər sayı: 3480081
Tehran, 20.01.2016 – Müsəlmanların Ali Dini Lideri Həzrət Ayətullah Xamenei nüvə müzakirələrinin başa çatması ilə bağlı İran İslam Respublikası prezidentinin məktubuna cavab verib.

















İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xamenei nüvə müzakirələrinin başa çatması ilə bağlı İran İslam Respublikası prezidentinin məktubuna cavab verərək vurğulayıb: Müqabil tərəflərin İran xalqının müqaviməti qarşısında geri çəkildiyindən çox xoşhalam, amma Amerikanın vədəxilaflığı, hiylə və hoqqasından da qafil olmaq olmaz!

Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xameneinin cavab məktubunun mətni:

Bismillahir-Rəhmanir-Rəhim
Cənab doktor Ruhani, möhtərəm prezident!

Salam.
Böyük İran xalqının ədalətsiz sanksiyalar qarşısında müqaviməti, nüvə alimlərinin bu texnologiyanı inkişaf etdirmək üçün təlaşı, müzakirə aparanların yorulmadan çalışması, nəticədə qarşı tərəflərin – onlardan bəzisi İran xalqı ilə düşmənçilikdə məşhurdur – geri çəkilməyə vadar edilməsi və zalım sanksiyalardan bir hissəsinin aradan qaldırılmasından məmnunluğumu bildirirəm.

Cənabınız, mazakirə heyəti, möhtərəm nazir, bütün məsullara təşəkkür edirəm.

Cənabınızın diqqətini bəzi nöqtələrə yönəldirəm:

Birinci: Diqqət yetirilsin ki, qarşı tərəf öz öhdəçiliklərinə tam əməl etsin. Bu iki-üç gündə bəzi Amerika siyasətçilərinin bəyanatları tam inamsızlıq yaradır.

İkincisi: Bütün dövlət məsullarının nəzərinə çatdırılsın ki, ölkənin iqtisadi problemlərinin həlli müqavimət iqtisadiyyatı istiqamətində bütün sahələrdə dayanmadam və düşüncəli təlaşlarla şərtlənib. Təkcə sanksiyaların ləğvi ölkənin iqtisadi problemlərinin həlli və xalqın rifahı üçün kifayət deyil.

Üçünsü: Təbliğatda diqqət yetirilsin ki, bu müamilədə əldə edilənlər müqabilində ağır baha ödənib. Bu həqiqətin görməməzliyə vurulduğu və qərbdən məmnunluq jesti göstərilən yazılarda və danışıqlarda ictimai fikirlə sədaqətlə rəftar edilmir.

Dördüncü: Müqavimət və dirəniş sayəsində imperializm və zorakı qüvvələr qarşısında həmin həddə nailiyyət əldə olunub. Bunu hər birimiz İslam Respublikasında bütün hadisələr üçün böyük dərs saymalıyıq.

Beşinci: Bir daha vurğulayıram ki, bu və digər məsələlərdə imperialist dövlətlərin, xüsusilə Amerikanın hiyləsi və öhdəçiliyi pozması diqqət mərkəzində saxlanılsın.

Cənabınız və digər məsullara Allah-Taaladan müvəffəqiyyət diləyirəm.

Seyid Əli Xamenei

19 Yanvar 2016

http://iqna.ir/fa/news/3468687

captcha