IQNA

Dubayın polis rəisinin müavini: Obama şiə əsillidir!

11:30 - January 20, 2016
Xəbər sayı: 3480082
Tehran, 20.01.2016 – Ərəb ölkələrində özünəməxsus gülməli fikirləri ilə tanınan Dubayın polis rəisinin müavini bu dəfə də ictimai şəbəkə istifadəçiləri tərəfindən gülüş obyektinə çevrilib.












İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk TV kanalının informasiya portalına istinadla verdiyi xəbərə görə, Ərəb ölkələrində özünəməxsus fikirləri ilə tanınan və bəzi hallarda isə qeyri-adi açıqlamalar sərgilədiyi üçün gülüş obyektinə çevrilən Dubayın polis rəisi bu dəfə də maraqlı çıxış edib. İctimai şəbəkə istifadəçiləri onu psix adlandırıblar.
Zahi Xəlfan Təmim özünün twitter səhifəsində İranla Qərb arasında nüvə anlaşmasından narazılığını özünəməxsus formada ifadə edərək, belə deyib: "Barak Obama əslən şiədir və sionistlər tərəfindən ABŞ-İran əlaqələrini yaxınlaşdırmaq və bu ölkənin hərbi nüvə proqramının qarşısını almaq üçün seçilib.”

Zahi Xəlfan daha sonra ironiya ilə deyib: "Ehtimal edilir ki, Obama prezident Həsən Ruhaninin dəvəti ilə İrana səfər edərək, Qum, Məşhəd və bu ölkədəki böyük Hüseyniyyələri də ziyarət etsin.”

http://iqna.ir/fa/news/3468852



Teqlər: abş ، obama ، barak ، dubay ، obama şiədir
captcha