IQNA

İran Prezidenti Roma Papası ilə görüşüb

9:19 - January 27, 2016
Xəbər sayı: 3480100
Tehran, 27.01.2016 – Həsən Ruhani görüşdən məmnun qaldığını vurğulayaraq Roma Papasına fəaliyyətində uğurlar diləyib.

IQNA - İtaliyaya səfəri çərçivəsində Vatikanda olan İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Roma Papası Fransisk ilə görüşüb. Səmimi söhbətə görə İranın dövlət başçısına minnətdarlığına bildirən Roma Papası sülh arzusunu dilə gətirib. Həsən Ruhani görüşdən məmnun qaldığını vurğulayaraq Roma Papasına fəaliyyətində uğurlar diləyib.

Qarşılıqlı xatirə hədiyyələrinin təqdim olunduğu görüşdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də iştirak edib.

InterAz

captcha