IQNA-nın İslamazeri.az-a istinadən
verdiyi xəbərə
görə,
"Həşdi-Şabi"
könüllü birliklərinin
komandirlərindən
olan Cabbar Əl
Mamuri İŞİD-in "kəşfiyyat
və təhlükəsizlik
naziri" Əbu Mərvan
Mosulinin Səlahəddin
bölgəsinin şimalında Əl-Şərqat
rayonunda öldürüldüyünü açıqlayıb.
Könüllü hərbi
birliyin komandiri Mamuri, İŞİD liderlərindən
olan Əbu
Mərvan Mosulinin avtomobilinin altına
qoyulmuş partlayıcı qurğunun işə
düşməsilə
qardaşı və
daha bir neçə nəfərlə
birlikdə
öldürüldüyünü bildirib.
İŞİD terrorçu qruplaşmasının kəşfiyyat
və təhlükəsizlik
işləri üzrə məsul
Əbu Mərvan
Mosuli Səddam
rejimi zamanı İraq təhlükəsizlik
qurumlarında yüksək
rütbəli zabit vəzifəsində
işləyib.
İraq ordusu həmçinin
dünən Tikritdə
İŞİD terrorçularına qarşı havadan əməliyyat
həyata keçirib. Hava qüvvələrinin
keçiridiyi əməliyyatda
bir neçə nəfər
terrorçu öldürülüb.