IQNA

Çin İmperatoru Honq Vudan Həzrət Məhəmməd (s) şeiri

11:33 - January 31, 2016
Xəbər sayı: 3480109
Tehran, 31.01.2016 – Çində Ming Xanədanının ilk imperatoru olan Honq Vunun 14-cü əsrin sonlarında Həzrət Peyğəmbəri (s) tərifləyən bir şeir yazdığı ortaya çıxıb

IQNA - Honq Vu Çində 1368-1398-ci illər arasında hökmran olub. Honq Vu Yuan Xanədanına qalib gələrək ölkə rəhbərliyinə keçən Minq sülaləsinin ilk hökmdarıdır. Honq Vunun ordusunda aralarında Çen Yuchun, Lan Yu, Ding Dexing, Siz Ying, Feng Sheng və Hu Dahai kimi məşhur generalların da olduğu 10 müsəlman komandir olub.

İmperator Honq Vunun səltənəti zamanı çoxlu sayda məscid tikdirdiyi, Nanjing şəhərindəki dağıdılmış olan Jinjue məscidini də yenidən inşa etdirərək, çoxlu sayda Xoi müsəlmanının bu şəhərə daşınmasını təmin etdiyi də məlumdur. İmperatorun həyat yoldaşı imperatriça Manın da sonradan müsəlman olan bir ailədən gəldiyi tarixi iddialar arasındadır.

İmperatorun şeiri hər birində dörd söz olan 24 misradan ibarətdir.

Kainatın yaradılışından bu yana

Allah elçi göndərməyi qərarlaşdırmışdı

Bu böyük, imanlı adam

Qərb ölkələrində dünyaya gəldi

O, müqəddəs kitabı gətirdi

O kitab otuz parçaydı

Bütün aləmlər üçün rəhbəriydi

Bütün rəhbərlərin əmiriydi

Hər bir müqəddəsin başçısıydı o

Dəstək alaraq önəmli insanlardan

Ümmətini salam yoluna yönəltdi

Beş vaxt namaz ilə

Sakitlik, ümid və sülh ilə

Allaha əsaslanırdı bütün qəlbilə

Kasıblar üçün ümid oldu

Onları bəlalardan, çətinliklərdən xilas etdi

Qaranlığın üzərinə çökdüyünü görüncə

Ruhları və aləmləri işıqlandırdı

Uzaqda qaldı bütün günahlar

Sözlər kifayət etməz ona təşəkkürə

Müqəddəs yolu təqdim etdi bizə

Bütün şeytanları məğlub edib

Onun dini saf və haqdır

Məhəmməd (s) soylu və böyükdür

captcha