IQNA

Avropada İŞİD qərargahlarının olması barədə etiraf

11:48 - January 31, 2016
Xəbər sayı: 3480111
Tehran, 31.01.2016 – AB-nin polisi Avropada İŞİD-in gizli təlim düşərgəsi və qərargahlarının olması barədə xəbər verdi.
















İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avropa Birliyinin (AB) polisi keçən həftənin cüməaxşamı günü bir məlumat yayaraq bildirib: İŞİD-in bəzi təlim düşərgələri Suriyadadır. Bundan əlavə onların Avropa və Balkan ölkələrində də kiçik təlim düşərgələri və qərargahları vardır. Onlar bu düşərgələrdə terroristlərə sağ qalmaq üçün necə döyüşəcəkləri barədə təlimlər keçirlər.

AB Polisinin verdiyi bu məlumatda deyirlir ki, İŞİD ünsürləri bu qərargahlarda silahla davranışdan başqa, əsirlərlə necə istintaq aparmağı da öyrənirlər ki, bunun vasitəsilə müxtəlif ölkələrdə terrorları həyata keçirmək üçün planlar hazırlasınlar. Bu təlimlər müxtəlif adlar altında pərdələnmiş və gizli düşərgələrdə keçirilirlər.

Belçikada isə İŞİD barədə daha nigəranedici xəbərlər vardır. Çünki ölkə qəzetləri bu ölkənin şimal meşələrində təkfirçi İŞİD ünsürlərinin təlim düşərgələrinin olduğu barədə xəbərlər yayıblar. Belçika polisi öz tədqiqatlarını bu yöndə başlatmışdır.

Xəbərlərə görə, təkçə Belçikadan 400 ifratçı və radikal vəhabi döyüşmək üçün Orta Şərq ölkələrinə gedib. Bu isə o deməkdir ki, hər bir milyon belçikalı müsəlmandan 40 nəfəri radikal və təkfirçi əqidəlidirlər.

http://iqna.ir/fa/news/3471032


Teqlər: belçika ، İŞİd ، daeş ، təkfirçi
captcha