IQNA

Terrorçuların Hələbin şimali ilə əlaqəsi kəsildi

13:19 - February 04, 2016
Xəbər sayı: 3480131
Tehran, 04.02.2016 – Nubul və Zəhra mahalları üzərindəki terrorçuların mühasirəsini qıran ordu qüvvələri, terrorçuların Hələbin şimali ilə əlaqəsini kəsib.

IQNA - Hələbdə yerli mənbələrin bildirdiyinə görə, Suriya ordusu Rusiyanın havadan, dəstəyi ilə Hələbin şimalındakı Marsite kəndinin nəzarətini ələ keçirərək terrorçuların mühasirəsindəki Nubbul və Zəhra mahallarına çatıb.

Nubul və Zəhra mahalları üzərindəki terrorçuların mühasirəsini qıran ordu qüvvələri, terrorçuların Hələbin şimali ilə əlaqəsini də kəsib.

Rus təyyarələrinin Hələbin şimalında Marsite kəndi ətrafında terrorçuların olduğu yerləri intensiv şəkildə bombaladığını qeyd edən mənbələr, kənd ətrafındakı münaqişələrdə çoxlu sayda terrorçunun öldürüldüyünü söyləyiblər.

Maide.az

captcha