IQNA

“Əhli-Beytin (ə) Quran Ensiklopediyası” çapa hazırdır

2:19 - February 07, 2016
Xəbər sayı: 3480143
Tehran, 07.02.2016 - İmam Hüseyn (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən elmi araşdırmalar mərkəzinin təşəbbüsü ilə hazırlanan ” Əhli-Beyt (ə)-ın Quran Ensiklopediyası” artıq çapa hazırdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İmam Hüseyn (ə) ziyarətgahının rəsmi xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Quran ayələrinə əsasən 43 mövzunu əhatə edən 59 cilddən ibarət "Əhli-Beyt (ə)”-dan nəql olunan rəvayətlər ensiklopediyası hazırlanıb. Bu ensiklopediyanın artıq 59 cildi test olaraq çapdan çıxıb.

Bu ensiklopediya İmam Hüseyn (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən Darul-Quran elmi araşdırmalar mərkəzinin təşəbbüsü ilə hazırlanıb. Çap olunmuş 59 cilddə Əhli-Beyt (ə)-dan 43 mövzuda nəql olunan hədis və rəvayətlər toplanıb.

Seyyid Bədri Ərəci (İmam Hüseyn (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən Darul-Quran elmi araşdırmalar mərkəzinin üzvi) bu barədə dedi: Eensiklopediyanın daha 14 cildi çapa hazırlanıb və yaxın günlərdə Nəcəf Əşrəf elmi komitəsinin baxışından sonar çap ediləcəkdir.

O əlavə etdi: Ensiklopediyanın 2016-ci ilin ikinci yarısında tam çap olunacağı və bazara çıxarılacağı gözlənilir.

Qeyd edək ki, hazırlanmasına 5 il öncə başlanılmış Əhli-Beyt (ə)-ın Quran Ensiklopediyasında Quran ayələrinə əsasən "Əhli-Beyt (ə)”-dan nəql olunan rəvayətlər mövzulara uyğun toplanılıb. Ensklopediyanın yazılmasında müsəlmanların mühüm hədis və təfsir qaynaqlarında istifadə edilib.

http://iqna.ir/fa/news/3472941


captcha