İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "SFExaminer” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın Kaliforniya ştatının əhali sayına görə dördüncü böyük şəhəri sayılan San Fransisko şəhər ümumi kitabxanasında "Quran İncəsənəti” devizi ilə "Ərəb dili, Quran dili” adlı Quran ayələrinin xətt nümunələri və İslami incəsənət əsərləri sərgisi təşkil olunub.
Sərgidə San Fransisko, Şimali Amerika və Qərbi Asiyadan olan sənətkarların 50-dən çox əsəri nümuayiş olunur. İncəsənət nümunələri əsasən rəsm əsərləri, seramika, şüşə və parça üzərində işlənmiş əl işləri, foto və dicital vasitələrlə işlənmiş incəsənət nümunələridir.
"İslami İncəsənət Təşkilatı” tərəfindən təşkil olunan bu sərgi cari ilin Mart ayının 20-ə kimi davam edəcək.
Qeyd edək ki, San Fransisko Mərkəzi Kitabxanasında Mart ayının ortalarında İslami xəttatlıq sərgisi də təşkil olunacaq.
Bu sərginin əsas hədəfi İslami incəsənət vasitəsilə insanlar və İslam dini arasında körpü yaratmaq və onları Quran maarifi ilə daha yaxından tanış etməkdir.
http://iqna.ir/fa/news/3473079