İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) PRESS TV peyk kanalına istinadla verdiyi xəbərə görə, keçən həftənin şənbə günü, 6 Fevral 2016-cı il, əsas mərkəzi ofisi Almaniyada yerləşən PEGİDA hərəkatına bağlı təşkilat və qrumlar bütün Avropda müsəlman miqrantlar və Avropa ölkələrinə sığınan müsəlman qaçqınlar əleyhinə kütləvi etirazlara başlayıblar.
2014-cü ildə Almaniyada yaranan və Neo-Nazi hərəkatı olan PEGİDA 6 Fevralı "Avropa səngəri günü” adlandırdı və bütün tərəfdarlarından istədi ki, bütün Avropada küçələrə axışaraq müsəlman miqrantlar əleyhinə aksiyalara başlasınlar.
İrqçi və anti-İslam cərəyan kimi məşhurlaşan PEGİDA hərəkatının tərəfdarları bu dəvəti qəbuk edərək Almaniyanın Drezden şəhərində toplaşdılar və hamısı "Merkel getsin” şüarı səsləndirdilər. Onlar Merkelin miqrantlara açıq qapı siyasətinə etiraz etdilər.
Bunun qarşısında isə anti-faşizm cərəyanlar da 10 min nəfərlik tərəfdarları ilə Alba çayının o tərəfində toplaşaraq PEGİDA-çıların əleyhinə şüalar səsləndirdilər.
Məlumata əsasən bu anti-İslam hərəkatın tərəfdarları Avropanın 14 ölkəsində aksiyalar keçiriblər.
O cümlədən minlərlə ifratçı və anti-İslam Pegida cərəyanının tərəfdarları şənbə günü Almaniyanın Drezden, Çex Respublikasının Praqa, Hollandiyanın Amsterdam, İrlandiyanın Dublin, Slovakiyanın Bratislava, Polşanın Varşava, Avstriyanın Qrats, Fransanın Mon Pelye və İngiltərənin Birminqam şəhərlərində mühacirlər əleyhinə aksiyalar keçiriblər.
Həmçinin, Hollandiyanın Amsterdam şəhərində miqrantları himayə edənlərlə ifratçı Pegida-nın tərəfdarları arasında toqquşma baş verib. Polis gözyaşardıcı qazlardan istifadə edərək, onları dağılışmağa məcbur etmək istəyib. Bu toqquşma ilə əlaqədar onlarla nəfər həbs edilib.
İngiltərənin Birminqam şəhərində də Pegida-nın tərəfdarları ilə bir vaxtda, mühacirlərin hüquqlarını müdafiə edən onlarla nəfər də aksiya keçirib.
Pegida 2014-cü ildə Qərbdə İslam dini əleyhinə mübarizə aparmaq bəhanəsi ilə Almaniyanın Derzden şəhərində yaradılıb. Bu ifratçı millətçi cərəyan dəfələrlə mühacirlər və müsəlmanlar əleyhinə nifrət doğuran aksiyalar keçirib, təbliğatlar aparıb.
http://www.iqna.ir/fa/news/3473410