
İQNA-nın (Beynəlxalq Quran Agentliyi) "əl-ehram” xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, dünən, 07 Fevral 2016-cı il tarixində Misirin Tənta şəhər universitetində "dini dialoqda yeni təfəkkür” silsilə proqramları çərçivəsində "Əl-Ğərbiyyə” əyaləti Vəqflər İdarəsinin təşəbbüsü ilə "Quran elmi ecazkarlığı və bədənin immun sistemi” adlı seminar keçirildi.
Məhəmməd Zəb`un – Tənta universitetinin ətraf mühitin genişləndirilməsi və ictimai xidmətlər üzrə vitse-prezidenti, bu barədə dedi: Bu seminarda varlıq aləminin intizamı, kontrolu və insanda və həyatın müxtəlif sahələrində kimyanın təsiri Quranın elmi ecazkarlığı baxışından araşdırıldı.
O əlavə etdi: Bu seminarda Quran-Kərimin Hədid surəsinin 25-ci ayəsi elmi təfsir əsasında müzakirə edildi.
Bu ayədə Allah-Taala buyurur:
«لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ وَأَنزَلْنَا الْحَدِيدَ فِيهِ بَأْسٌ شَدِيدٌ وَمَنَافِعُ لِلنَّاسِ وَلِيَعْلَمَ اللَّهُ مَن يَنصُرُهُ وَرُسُلَهُ بِالْغَيْبِ إِنَّ اللَّهَ قَوِيٌّ عَزِيزٌ»
"Şübhəsiz, Biz Öz peyğəmbərlərimizi aydın dəlillərlə (məntiq və möcüzə ilə) göndərdik və onlarla birlikdə insanların (dünya həyatında) ədalət və insafa əməl etmələri üçün (səmavi) kitab və (mənaları seçmək, haqq ilə batili bir-birindən ayırd etmək və əşyaları çəkmək üçün) ölçü vasitəsi nazil etdik. Və dəmiri (imkan mərhələsindən vücud aləminə) nazil etdik. Onda insanlar üçün (müharibə və müdafiədə) möhkəm qüvvə və (digər) mənfəətlər vardır. Həmçinin Allahın Ona və Onun peyğəmbərlərinə gizlində yardım edənləri tanıması (əzəli elminin sonra gerçəkləşən xarici aləmlə üst-üstə düşməsi) üçün. Həqiqətən Allah qüvvətli və yenilməz qüdrət sahibidir”.
Bu elmi seminarda "Əl-Ğərbiyyə” əyalətinin Vəqflər İdarəsi tabeliyində olan məscidlərinin Camaat İmamları iştirak edirdilər. Həmçinin Tənta şəhər Elmlər Universitetinin Zoologiya fakültəsinin "bədənin immun sistemi” dərsinin ustadı İbrahim Salim də çıxış etdi.
http://iqna.ir/fa/news/3473798