Tehran, 11.02.2016: Ərəbistanın Yəmənə davamlı hücumlarından 11 ay keçdikdən sonra bu ölkənin müftisi iddia etdi ki, bu hücumlarla Yəməndə Səfəvilərin qarşısını ala biliblər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm” peyk
TV kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, cinayətkar
Ərəbistan dövlətinin Yəmənə davamlı hücumları, günahsız xaqlın qətliamı və
digər cinayətlərdən 11 ay keçdikdən sonra cinayətkarların məğlubiyyətini və
digər cinayətlərini ört-basdır etmək üçün bu ölkənin müftisi iddia etdi ki, bu
hücumlarla Yəməndə Səfəvilərin qarşısını ala biliblər.
Vəhabilər axmaq fətvalar verməklə tanınmış müftisi
Əbdül-Əziz Al-Şeyx deyib ki, Səudiyyə Ərəbistanının cinayətkar hakimləri və
koalisiya ölkələri İslami əqidələri qorumaq üçün Yəmənə hücum etdi və
Səfəvilərin bu ölkədə nüfuz etməsinin qarşısını aldı.
Əbdül-əziz Al-Şeyx Riyazın yaxınlığında keçirilən
Cənadiriyyə festivalında səudiyyəli alim və təbliğçilərin qarşısında etdiyi
çıxışda onlardan istədi ki, hakimlərin bu cür addımlarını himayə edərək İslam
əqidəsini qorusunlar.
Bu vəhabi şeyxi elə bir zamanda belə bir fikir bildirir ki,
cinayətkar Ərəbistan dövlətinin Yəmənə davamlı hücumları, günahsız xaqlın
qətliamı və digər cinayətlərindən 11 ay keçməsinə baxmayaraq Ərəbistan istədiyi
hədəfə çatmadı ki, heç, müxtəlif dövlətlər və qərb tətəfindən himayə olunsa
belə Yəmən silahlı qüvvələri və könüllü xalq döyüşçülərinin qaşısında bir iş
görə bilmədi və dəfələrlə məğlubiyyəti dadmalı oldu. Ərəbistan dövləti bu
məğlubiyyətin acısını canından çıxarmaq üçün Yəmənin yaşayış binalarını,
xəstəxana və kitabxanaları və tarixi abidələrinə hücum etdi. Bu hücumlarda
minlərlə yəmənli şəhid oldu.