IQNA

İŞİD Suriyada kimyəvi silah istifadə edib

12:31 - February 12, 2016
Xəbər sayı: 3480176
Tehran, 12.02.2016 – ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan bəyan edib ki, terrorçu İŞİD qruplaşması artıq Suriyada bir neçə dəfə kimyəvi silah istifadə edib.

İQNA-nın İslamazeri.az-a istinadən verdiyi məlumata əsasən, Brennan bildirib ki, kəşfiyyat məlumatına əsasən, İŞİD Suriya ərazisində kimyəvi silah istehsalı üçün addımlar atır.

"Terrorçular kimyəvi silahı Qərbə sataraq böyük məbləğdə vəsait əldə etmək istəyirlər", - deyən Brennan, Suriya sərhədlərində nəzarətin gücləndirilməsi təklifini səsləndirib.

captcha