IQNA

İŞİD-in səkkiz üzvü Azərbaycanda saxlanıldı

23:56 - February 13, 2016
Xəbər sayı: 3480179
Tehran, 13.02.2016 – Azərbaycanın rəsmi dairələri elan ediblər ki, İraq və Suriyada təkfirçi sionist qruplaşması olan İŞİD-in tərkibində vuruşduqları güman olunan səkkiz nəfər həbs edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "arannews” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Azərbaycan respublikasının "Dövlət Təhlükəsizlik Xidməti” (DTX) bəyaniyyə yayaraq elan edib ki, İraq və Suriyada təkfirçi sionist qruplaşması olan İŞİD-in tərkibində vuruşduqları güman olunan səkkiz nəfər həbs edilib. Azərbaycan vətəndaşlığını daşıyan bu səkkiz nəfər 2012 və 2015-ci illər arasında İŞİD-in hərbi təlim düşərgələrində təlim alıblar və Suriya və İraqda terroristlərin sıralarında Bəşşar Əsəd dövlətinə qarşı vuruşublar.

Azərbaycan respublikasının "kütləvi informasiya vasitələri” (KİV) bundan öncə də bu ölkənin vətəndaşlarının müxtəlif gizli və aşkar yollarla təkfirçilərin sıralarında döyüşmək üçün Suriyaya getdikləri barədə xəbərlər yaymışdılar.

Qafqazdan Suriyaya gedən döyüşçülərin əksəriyyəti keçmiş SSR ölkələrinin təkfirçilərindən ibarət olan "Cüyşul-mühacirin vəl-ənsar” terrorist qruplaşmasında vuruşurlar.

Orxan Mehdi oğlu Adıyev, İbad Abbasəli oğlu Muxtarov, Məhəbbət Şərif oğlu Abdullayev, Rasim Asif oğlu Bədəlov, İlahi Raşayiq oğlu Əzizov, Zöhrab Mübariz oğlu Məmmədov, Zərbəli İskəndər oğlu Abdullahzadə və Marfin Vladimir tutuqlanmış səkkiz nəfərlik qrupu təşkil edirlər.

http://iqna.ir/fa/news/3475098


Teqlər: İŞİd ، azərbaycan ، terror
captcha