IQNA

SENA-ya yol tapmaq üçün müsəlmanlara qadağa

0:31 - February 23, 2016
Xəbər sayı: 3480215
Tehran, 23.02.2016 – Krali Smit “islamofob” çıxışları ilə SENA-ya yol tapmağa çalışır və anti-İslam danışmağı öz hədəflərinə çatmaq üçün sərmayə sanır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Sky Nyuz” TV kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Krali Smit SENA məclisinə getmək üçün "islamofob” çıxışları ilə tapmağa çalışır və anti-İslam danışmağı öz hədəflərinə çatmaq üçün sərmayə sanır. Buna görə də son çıxışında təklif edib ki, müsəlmanların Avstraliyaya səfəri 10 il müddətində qadağan edilsin.

Krali Smit bu TV kanal ilə müsahibəsində deyib ki, müsəlmanlar "Avstraliyada azadlıq və demokratiya adlanan dəyərlər”lə uyğunlaşa bilmədikləri üçün təklif edirəm ki, müsəlmanların Avstraliyaya səfəri on il müddətində qadağan edilsin.

Xanım Smit Avstarliyanın Nyusavt Velz SENA məclisinə getmək üçün namizədliyini irəli sürüb, o Avstarliyanın yeni təsis edilmiş və anti-İslamlığı ilə tanınan "Azadlıq Koalisiyası” partiyasının üzvidir.

Krali Smit məlum TV kanal ilə müsahibəsində iddia edib ki, müsəlmanların qəbul etdiyi dini mədəniyyət azadlıq və demokratiya ilə uyğun gəlmir. Çünki İslam bir dindən daha böyük bir şeydir. İslam "tamamiyyət istəyən ideologiya” (hər şeyi özü üçün istəyən) olmaqla yanaşı, həm də siyasi bir idiologiyadır.

Bu cür islamofob sözlərlə ABŞ-ın respublikaçılarının namizədi Trampı xatırladan və bununla da SENA-ya getmək istəyən xanım Smit buna görə də təklif edib ki, müsəlmanların Avstraliyaya səfəri on il müddətində qadağan edilsin.

http://iqna.ir/fa/news/3477402


captcha