İQNA-nın "www.dailynebraskan.com” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın Nebraska- Linkolin universitetinin müsəlman tələbələri birliyi bu həftə "İslam 101” proqramına evsahibliyi edəcəd. Məqsəd isə tələbələrə İslam dinini yaxından tanımağa kömək etmək və ictimaiyyətdə yaranmış islamofobiya ilə mübarizədir.
Amerikanın Nebraska – Linkolin universitetinin müsəlman tələbələri birliyi bu proqrama evsahibliyi etmək üçün keçən ilin payızından hazırlaşırdılar. Proqram dünəndən (23 Fevral 2016), başlayıb və sabaha qədər (cüməaxşamı günü) davam edəcəkdir.
Kariz Həsən (Müsəlman Tələbələr Birliyinin katibi) bu barədə dedi: Biz proqram başlayanadək müxtəlif iclaslar keçirdik və qeyri-müsəlman tələbələrdən maraqlandığları mövzular barədə suallar soruşduq, sonra isə Nebraska universitetində və ictimaiyyətdə faydalı ola biləcək mövzuları və bu mövzulara dair sualların siyahısını hazırladıq. Müsəlman Tələbələr Birliyi ortaya çıxarılmış mövzuların İslam barəsində ən mühüm xırdalıqları və cüziyyatı əhatə edənlərini seçdi. Bu mövzular "üsul”, "əqaid”, İslam əxlaqı, İslamda məsihilik, İslam haqqında yanlış təsəvvürlər, İslamda qadın, İslamda incəsənət və İslam memarlığı kimi mühüm məsələləri əhatə edir.
O əlavə etdi: İslamı tanıma həftəsi insanlara bu fürsəti yaradır ki, İslamı doğru tanımaq üçün səhih və mötəbər qaynaqlar ilə tanış olurlar.
Sara Ələvi – Nebraska Universitetinin Müsəlman Tələbələr Birliyinin rəisi, dedi: Müsəlman tələbələrdən biri irqçilər tərəfindən hücuma məruz qaldıqdan sonra, lazım bildik ki, İslamı tanıma həftəsi proqramını icra edək.
Nebraska Universitetinin Müsəlman Tələbələr Birliyinin rəisi əlavə etdi: Həm universitet və həm də ictimaiyyət tələbəyə qarşı həyata keçirilmiş bu irqçi hücumu və cinayəti pislədi və bizdən də tələb olundu ki, bu cür addımlara qarşı porqramlar hazırlayaq və sülh, ehtiram və sabitlik çərçivəsində bir fəza və mühit yaradaq. Və ümidvaram ki, bu proqram bu yöndə səmərəli olacaqdır.
http://iqna.ir/fa/news/3477738