IQNA

İtaliyada məscid tikintisini çətinləşdirən qanun ləğv olundu

23:43 - February 27, 2016
Xəbər sayı: 3480229
Tehran, 27.02.2016 - İtaliya Konstitusiya Məhkəməsi keçən il yanvar ayında məscid tikintisini çətinləşdirən şərtləri nəzərdə tutan qanun layihəsini ləğv edib.
İQNA-nın Dunyabulteni-nə istinadən xəbər verir ki, İtaliyanın şimalındakı Lombardi vilayətində "məcsid əleyhinə qanun" kimi tanınan və məscid tikintisini çətinləşdirən qanun, Konstitusiya Məhkəməsi tərəfindən ləğv olunub.

Milan, Monza və Brianza İslam İcmalar Birliyi qərarı məmnuniyyətlə qarşıladıqlarını bildirib. Birliyin sözçüsü David Pikkardo açıqlamasında deyib ki, indi bütün ölkədə mədəniyyət və inanc binalarının tikilməsi üçün bənzər qanunlarla çətinləşdirilməsinə mane olmaq üçün ümumi bir qanun qəbul olunmalıdır.

Lombardi Parlamentində 2015-ci ilin yanvar ayında sağçı koalisiyanın səs çoxluğu ilə qəbul edilən qanun, dini binaların tikintisi üçün xeyli sayda şərt irəli sürürdü. Şərtlərdən biri binanın şəhər görünüşünə riayət edilməsinə nəzarətin təmini tələb olunurdu. 

Bundan başqa binalarda video sistemlərin yaradılması və bu sistemlərin birbaşa polis mərkəzinə bağlanması da tələb olunurdu. 

Ən çətin şərtlərdən biri isə binanın tikmək üçün dini icmanın dövlətlə bir müqaviləsinin olması istənilirdi. Halbuki heç bir dini təşkilatın İtaliya dövləti ilə bir müqaviləsi yoxdur. 

captcha