IQNA

Türkiyədə əlil uşaqlar üçün Quran mərkəzi açıldı

0:39 - February 28, 2016
Xəbər sayı: 3480231
Tehran, 28.02.2016 – Türkiyənin Şimal-Qərbində yerlərəşən Sakarya şəhərində əlil uşaqlar üçün Quran Təlim Mərkəzi istifadəyə verildi.

İQNA-nın "zamanarabic" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Türkiyənin Şimal-Qərbində yerlərəşən Sakarya şəhərində əlil uşaqlar üçün Quran Təlim Mərkəzi istifadəyə verildi.

Yeni Quran-Kərim Təlim Mərkəzinin təsis edilməsinin əsas hədəfi Sakarya şəhərində əlil və ehtiyaclı uşaqlara Quran oxumaq və Quran maarifi ilə tanış olmaq üçün zəmin və fürsət yaratmaqdır.

Həmçinin görmə qüsuru olan uşaqlar üçn Sakaryanın "Sirdifan" qəsəbəsinin "Hacı Bayram Came Məscidi"ndə xüsusi Quran qirəti təlimləri də keçirildi. İştirakçılar Quran qiatətindən əlavə bəzi dini maarif və İslam təlimləri barədə də məlumat aldılar.

Türkiyənin "Köçəli" şəhərində də əlil və görmə qüsuru olan uşaqlar üçün Quran qiraəti təlimləri keçirilmişdir. Bu təlim kurslarını uğurla başa vuran 6 görmə qüsuru olan Quran qarisinə tərifnamə, təqdirnamə və qiymətləndirmə lövhəsi verilmişdir.

http://iqna.ir/fa/news/3478340


captcha