İQNA-nın "hqmi" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Albaniyanın paytaxtı Tirana şəhərində "Əl-Fürqan" Quran Birliyinin təşəbbüsü ilə Quran-Kərimin hifzi üzrə yarışlar keçirildi.
Bu yarışlar Ümumdünya Quran Hifzi Birliyinin həmkarlığı ilə keçirildi və yarışlarda kişilər və qadınlar bölməsi üzrə 82 nəfər iştirak edirdi.
İştirakçılar Quran-Kərimin kamil hifzi, 10 cüz hifzi, 5 cüz hifzi, 2 cüz hifzi və 30-cu cüzün hifzi üzrə rəqabət aparırdılar.
Yarışların qaliblərinin mükafatlandırılması mərasimində Buyar Espahyu (Albaniya İslam Mərkəzinin rəis müavini), Xalid ibn Fəhəd Əl-Mətiri (Ərəbistanın Albaniyadakı konsulunun müavini), Şeyx Əhməd Batyah (Quran Hifzi Dünya Birliyinin nümayəndəsi) və digər alimlər iştirak edirdilər.
http://iqna.ir/fa/news/3479336