İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Bəhreynin təhlükəsizlik qüvvələri şiə əzadarlarının paytaxt Mənamənin məhəllərlərində Həzrət Zəhranın (ə) vəfatı ilə bağlı qurulmuş əzadarlıq xeymələrini dağıdıblar.
Miratul-Bəhreyn xəbər portalının məlumatına görə, sosial şəbəkə fəallarının yaydıqları məlumatlarda deyilir ki, Bəhreynin təhlükəsizlik qüvvələri çərşənbə axşamı günü, Mart ayının 1-də, Mənamədə "əl-Bilad əl-Qədim" və "əz-Zənc" məhəllələrinə hücum edərək Bəhreyn şiələrinin Həzrət Zəhranın (s.ə) şəhadətinin ildönümü münasibəti ilə qurduqları bir neçə əzadarlıq çadırını dağıdıblar.
Bəhreyn təhlükəsizlik qüvvələrinin şiələrin dini məkanlarına hücumu Ali-Xəlifə rejiminin daxili işlər naziri Şeyx Raşid Bin Abdullanın açıqlamasından bir neçə gün sonra baş verib.
Ali-Xəlifə rejiminin daxili işlər naziri Şeyx Raşid Bin Abdullanın açıqlamasında ölkənin əksəriyyətini təşkil edən şiələrə hücum edərək onları İranla bağlı və əlaqəli olmaqda suçlandırmışdı.
Bu açıqlamadan sonra təhlükəsizlik qüvvələri şiələrin mübariz və aktiv ruhanilərini həbs etmiş və "Rəs Rüman" və "əs-Sənabis" məhəllərində Həzrət Fatimənin (s) əzadarlığı üçün qurulmuş xeymələri dağıtmışlar.
Qeyd edək ki, 2011-ci ildə xalq qiyamı başlandığı zamandan Ali-Xəlifə rejimi şiələrə qarşı öz düşmənçilik və intiqam xarakterli siyasəti çərçivəsində şiələrə aid 38 məscidi dağıtmışdır.
http://iqna.ir/fa/news/3479839