İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Bir sıra kitab və hədis qaynaqları vardır ki, "əl-Məlahim vəl-Fitən" adı ilə yazılıb. Bu kitabların əsas mövzusu axir-zaman hadisələri, İmam Mehdinin (ə.f) zühuru və Qiyamət öncəsi hadisələrdir. Bunu da deyim ki, bu məsələ şiələr arasında daha çox "əl-məlahim" və əhl-sünnə arasında "əl-fitən" adı ilə məşhurdur.
Seyyid Tavus (vf. 664 hq) 7-ci əsrin şiə alimlərindəndir ki, əhl-sünnə "əl-fitən" kitablarından istifadə edərək "ət-təşrif bil-minən" kitabını yazmışdır ki, bu kitab da "əl-məlahim vəl-fitən" adı ilə məşhur olmuşdur. Əllamə Məclisinin də hədis qaynaqlarından biri olmuş bu kitabda axir-zaman hadisələri və İmam Mehdinin (ə.f) zühuru ilə bağlı 450 civarında hədis toplanmışdır. Bu 450 hədisin təkcə 170 hədisi İmam Zamanın (ə.f) adı, əlamətləri, zühur əlamətləri, hökuməti və köməkçiləri haqqında danışır...
Bu kitabda axir-zamanda savaş üçün ayağa qalxacaq tayfalardan danışır ki, bunlardan birinin adı "Bənu Qəntura"dır. Onlar Dəclə və Fərat çayını keçəcəklər... Bəsrə əhli onlarla savaşacaq... Onların gözləri qurbağa gözünə oxşayacaq... Onlar Türk tayfalarıdır. Üzləri enli, gözləri kiçikdir... İslam ümmətini Cəzirətul-Ərəbə qədər qovarlar. Heyvanlarını məscidlərin sütunlarına bağlayarlar... Rum İraq və Şama gələn ruzinin yolunu kəsər...
Məkhul deyir Allahın Rəsulundan (s) eşitdim ki, buyurdu: Türk tayfası iki dəfə savaş edəcəklər. Birinci dəfə Azərbaycanı viran edəcəklər, ikinci dəfə isə çox sürətlə Fərat şəttinə daxil olacaqlar...