IQNA

Həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazi:

Sionist rejimi Ərəb Birliyinə baş katiblik edir

23:17 - March 09, 2016
Xəbər sayı: 3480268
Tehran, 09.03.2016 - Ayətullah Üzma Məkarim Şirazi dedi: İşğalçı sionist rejimi bu gün Ərəb Birliyinə baş katiblik edir. Bəzi Ərəb ölkələrinin başçıları sionist rejiminin quluna çeviriliblər.










İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Qum şəhəri şöbəsinin verdiyi xəbərə görə, şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazi bu gün, çaharşənbə, 09.04.2016-cı il tarixində Qum Dini Elmi Hövzəsi dərslərinin keçirildiyi "Ə`zəm məscidi"ndə "Fiqh Elmi"nin mətndən xaric mühazirələri zamanı dedi: İşğalçı sionist rejimi bu gün qeyri – rəsmi olaraq Ərəb Birliyinə baş katiblik edir. Bəzi Ərəb ölkələrinin başçıları sionist rejiminin quluna çeviriliblər. Bunun ən aşkar dəlili də budur ki, Ərəb Birliyi sionistlərin birinci dərəcəli düşməni sayılan Livan Müqavimət Hərəkatını (Hizbullah) terrorist qruplaşması adlandırdı.

Həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazi əlavə etdi: Gərək həmişə Allaha şükürlər edək ki, bizə çoxlu nemətlər vermişdir. Gərək muğayat olaq ki, aramıza bəla düşməsin və bu nemətlər bizdən alınmasın. Xüsusilə də bu günki vəziyyətdə daha çox muğayat olmalıyıq ki, Allah bizi nəfsimizin öhdəsinə buraxmasın, yoxsa, çox ağır müsibətlərə düçar olarıq.

O dedi: Düşmənlər bütün gücləri ilə çalışırlar ki, bizi Allahdan uzaqlaşdırsınlar, bizi nəfsimizə qul etsinlər. Əgər nəfsimizə qul olsaq həm xalqın, həm də Xaliqin düşməni olacayıq.

Həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazi çıxışının ardında buyurdu: Yalandan İslam adına iddia edən Ərəblərin işləri çox təəccüb doğurur ki, İslamdan dəm vururlar, amma sionistlərin nökəridirlər, Hizbullahı isə terrorist adlandırırlar.

Ayətullah əlavə etdi: Hamı bilir ki, Hizbullah Ərəb tarixində şücaət və şəhamət simvoludur və sionistlərin məğlubedilməzliyi əfsanəsini heç etdi.

http://iqna.ir/fa/news/3482033


captcha